Fatma Səttarova vəfat etdi

SOSİAL
10:00 14.09.2024
401
Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova vəfat edib.

AZXEBER.COM xəbər verir ki, o, 102 yaşında dünyasını dəyişib.

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova Prezident İlham Əliyevin sərəncamı ilə "İstiqlal” ordeni ilə təltif edilmişdi.

Ona həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də təyin edilmişdi.
OXŞAR XƏBƏRLƏR