Fatmayıda dənizdə batan şəxs xilas edildi

Fatmayıda dənizdə batan şəxs xilas edildi
SOSİAL
15:30 02.08.2017
751
Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib.

FHN-dən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 12:31-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR