“Faxralı” və “Şuşa” kafeləri karantini pozdu - Foto

“Faxralı” və “Şuşa” kafeləri karantini pozdu - Foto
SOSİAL
11:16 11.06.2020
1727
Bakıda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb. 

AZXEBER.COM-un verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Binəqədi rayonunun Yuxarı Sulutəpə qəsəbəsində "Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində "Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, "Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.
 

 

 

 

OXŞAR XƏBƏRLƏR