Faydalı peşələr hansılardır?

Faydalı peşələr hansılardır?
SOSİAL
13:50 28.01.2017
1360

 Araz Hüseyn


 

Bu gün dünyada və əsasən bizim ölkə də gənclərin işsizlik, istəmədikləri sahələrdə işləmək və ya yanlış sahələrə yönləndirilməsi problemləri var. Uşaqlıqdan ailənin cəmiyyətin təsiri ilə istəmədiyimiz sahələrə yönləndirilirik. Nəticədə sevmədiyimiz işlərdə işləməli oluruq və ya iş tapa bilmirik. Ətrafımdakı dostlarımdan universiteti bitirib də bitirdikləri sahələrə uyğun çox az işləyənlər var. Çoxu isə ixtisasına uyğun olmayan işlərdə işləyirlər və o işlərdən zövq ala bilmirlər , xoşbəxt olmurlar, sıxıntılar yaşayırlar. Bu problemlərlə özümdə qarşılaşdığım üçün mənim kimi gənclərin sayıda çox olduğundan bunun ətrafında sizlərlə fikirlərimi paylaşmaq istədim. Bəs necə bu problemləri aradan qaldıracayıq nə etməliyik ? Bizim cəmiyyətdə gənclərin çoxu nə istədiklerini, hansı sahələri seçəcəklərini nəyə bacarıqlarının olduqlarını bilmirlər. İlk öncə bacarıqlarımızı ortaya çıxarmalıyıq, hansı sahəni seçsək bu sahə bizlər üçün daha yaxşı olar deyə analiz etməliyik. İkinci olaraq bir sahəyə yönəldiyimizdə pulu ən son düsünməliyik onsuzda biz seçdiyimiz işdə ən yaxşısı olsaq pul problem olmayacaq. Bunları təyin etdikdən sonra qarşımıza hədəf qoymalıyıq ve bu hədəfə doğru irəliləməliyik.Ən böyük əngəl isə ailə və cəmiyyətdi, bəlkə seçdiyimiz seçim onların xoşuna gəlməyə bilər amma hədəfimizdən dönməməliyik .Universitet imtahanı zamanı çox insan sevdiyi sahəyə deyil də, ballarına uyğun sahələrə yönəlirlər. Bu da başlı-başına bir problem yaradır. Orta məktəbi bitirən oğlanların 18 yaşı olduğundan əsgərliyə getmək zamanı gəlir, onun üçün də ballarına uyğun ixtisasları seçməli olurlar. Yenidən hazırlaşmaq imkanı dövlət tərəfindən yaradılmalıdır.

 

İstəyənlərə 1 və ya 2 il möhlət verilməlidir. Zaman olmadığından ballarına uyğun və istəmədikləri sahələrə yönəlmələr yaranır. Möhlət verilse az da olsa bu problemlər azalar deyə düşünürəm. Hər kəs universitet oxuyacaq deyə bir şey yoxdur. Varlı ınsanların çoxunun həyatını analiz etsək görərik ki, çoxu universitet oxumayıb amma dünyanın ən varlı insanlarıdır. Bəs necə varlandılar bu insanlar? Bizde bacara bilərik ? Bəli bizlərdə edə bilərik. Necə? Orta məktəbi bitirən və şəxsi bizneslərini quran dünyada çox gənc var. Bunun üçün de yenə dövlət dəstəyi lazımdır. Dövlət şəxsi biznes qurmaq istəyən yaxşı fikirləri olan gənclərə kreditlər ayıra bilər. Qurulacaq iş yerləri işsizliyin sayını da azaldar və dövlət iqtisadiyyatınıda gücləndirər. Gənclər bir dövlətin gələcəyidir. Bizlər nə qədər özümüzü inkişaf etdirsək və bizlərə nə qədər geniş imkanlar verilsə düşünürəm ki, dövlətdə bir o qədər güclənər və inkişaf edər. Bacarıqlarımızdan doğru istifadə edək.

 

Biz rəsm çəkməyi seviriksə gedib tibb oxumayaq musiqini seviriksə gedib hüquq oxumayaq. Çünki bizlər sevdiyimiz və bacarığımız olduğu sahədə daha da özumuzu inkişaf etdirərik. O zaman özümüzə, ətrafdakılara və dövlətimizə daha faydalı olarıq.


OXŞAR XƏBƏRLƏR