Fazil Məmmədov daha bir vəzifəsini itirdi

Fazil Məmmədov daha bir vəzifəsini itirdi
SOSİAL
16:49 07.07.2018
6611
Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, keçmiş vergilər naziri Fazil  Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR