Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi
SOSİAL
14:11 05.06.2018
4707
Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O,  2016-cı ilə fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.  

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.
OXŞAR XƏBƏRLƏR