Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır

Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
SOSİAL
12:33 13.03.2026
201
Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, paytaxtın Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığından güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını ilk növbədə bu rayona göndərirlər:

"Avtomobil yolunun üzərində əməlli-başlı müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yoxdur, nə yağırsa yola toplanır və günəş həmin suyu qurutmayınca insanlar günlərlə palçığa bulaşmış səkilərdə gəzirlər".
 
\report
OXŞAR XƏBƏRLƏR