Fazil Mustafa bu seçki dairəsindən namizədliyini irəli sürəcək - AÇIQLAMA

Fazil Mustafa bu seçki dairəsindən namizədliyini irəli sürəcək - AÇIQLAMA
SOSİAL
13:13 10.07.2024
320
"Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürmüşəm. Partiya üzvlərinin də namizədliyi ayrı-ayrı dairələrdən irəli sürülür".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacağına münasibət bildirərkən deyib.
 
Deputat bildirib ki, həm özü, həm də partiyası seçkilərdə aktiv iştirak edəcəklər:
 
"Böyük Quruluş Partiyasının üzvləri kimi seçkilərdə aktiv iştirak edəcəyik. Mən 26 saylı 1-ci Sabunçu seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Artıq imza toplama kampaniyam gedir. Ümid edirəm ki, seçkilərə təbliğat-təşviqat mərhələsinə qədər ciddi hazırlıq görəcəyik. Yüksək səviyyədə parlament seçkilərində platformamızı cəmiyyətə çatdıracayıq və dəstək almağa çalışacağıq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR