Fazil Mustafa iki aylıq fasilədən sonra Milli Məclisin plenar iclasına qatıldı

Fazil Mustafa iki aylıq fasilədən sonra Milli Məclisin plenar iclasına qatıldı
SOSİAL
11:15 30.05.2023
117
Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.

AZXEBER.COM xəbər verir ki, deputat səhhətindəki problemlərlə əlaqədar iki aydır Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan bir neçə nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR