Fazil Mustafanı güllələməkdə şübhəli bilinən şəxslər həbs edildi

Fazil Mustafanı güllələməkdə şübhəli bilinən şəxslər həbs edildi
SOSİAL
22:38 04.04.2023
234
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR