Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü

Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü
SOSİAL
13:00 16.12.2023
178
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
 
AZXEBER.COM xəbər verir ki, o, bu barədə report-a açıqlamasında məlumat verib.

F.Mustafa bildirib ki, bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
OXŞAR XƏBƏRLƏR