ABŞ Mərkəzi Bankı – FED-in uçot dərəcəsini artırmasının ardınca dünya bazarında neft kəskin ucuzlaşıb.
London əmtəə birjalarında “Brent” markalı neftin 1 barreli 1,33 dollar və 3,46% ucuzlaşaraq 37,12 dollara satılıb. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın qiyməti 1,76 dollar və yaxud 4,71% azalaraq 35,59 dollara düşüb.
Xatırladaq ki, bu gün ABŞ uçot dərəcəsini artırmaqla yanaşı, həm də ölkədən neft ixracına 40 il bundan əvvəl qoyulmuş embarqonun ləğvinə qərar verib. Analitiklər hesab edirlər ki, bu qərarlar neftin qiymətini 30 dollara endirə bilər. (fins.az)