Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: "Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib".