Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hakim yarımçıq saxladı

Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hakim yarımçıq saxladı
SOSİAL
11:13 24.09.2018
7096
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dustaqlar məhkəmə zalına verildikdən sonra F.Laçın mahnı oxuyub.

Müğənni şüşə qəfəsdə "Kimlər gəldi, kimlər getdi, bu dünyadan" mahnısını səsləndirib. Daha sonra hakimlər kollegiyası zala daxil olub və F.Laçın ifasını yarımçıq saxlayıb.

Proses davam edir.
OXŞAR XƏBƏRLƏR