Fədayə Laçına hökm oxundu

KRİMİNAL
18:06 26.12.2018
10923
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

AZXEBER.COM xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan mərhum olunub.

Penitensiar Xidmətin tabor komandiri sabiq Bəhruz Abdullayev 9 il, sabiq qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddə üzrə bəraət verilib, 311-ci (rüşvət alma) maddə isə ittihamdan xaric olunub. 

OXŞAR XƏBƏRLƏR