Fəhlə iş zamanı həyatını itirdi

Fəhlə iş zamanı həyatını itirdi
SOSİAL
21:51 11.04.2026
787
Ağdamda bədbəxt hadisə baş verib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı 1990-cı il təvəllüdlü İlkin Mahir oğlu Babayev həyatını itirib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, ölüm istehsalat zamanı baş verən bədbəxt hadisə nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma başlanılıb. Müvafiq qurumlar hadisənin səbəblərini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.
OXŞAR XƏBƏRLƏR