Fəhlə zavodda atəş açdı, 3 nəfər öldü

Fəhlə zavodda atəş açdı, 3 nəfər öldü
09:12 01.03.2013
836

İsveçrədə zavodda fəhlənin açdığı atəş nəticəsində qurbanların sayı 3 nəfərə çatıb.AZXEBER.COM-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Kronospan” ağac emalı zavodunda işçinin yeməkxanada açdığı atəş nəticəsində 2 nəfər hadisə yerində ölüb, 7 nəfər isə ağır yaralanıb.

Bundan sonra atəş açan şəxs özünü güllələyərək intihar edib. Altı nəfər ağır yaralanmış şəxs xəstəxanaya helikopterlərlə çatdırılıb. Yaralananlardan biri aldığı yaralardan xəstəxanada keçinib. Yaralananlardan beş nəfərin vəziyyəti ağır olaraq qalır.Polisin məlumatına görə, atəş açan 42 yaşlı şəxs zavodda 10 il fəhlə işləyib. Yerli KİV-lərin ehtimalına görə, sakit və konfliktsiz olmasına baxmayaraq o psixi pozuntulardan əziyyət çəkə bilərdi. Cinayətin motivləri hələlik məlum deyil. Məlumata görə, zavod rəhbərliyi sifarişlərin azalması səbəbindən yaxın vaxtlarda ixtisarlar etmək planlaşdırıb.

OXŞAR XƏBƏRLƏR