Son illərin ən quraq qışını keçirən İstanbulda yağıntıların azalması su verən bəndlərdə də özünü göstərir.
AZXEBER.COM Türkiyə mediasına istiandən xəbər verir ki, İstanbulun əhəmiyyətli su ehtiyatlarından biri olan Alibeyköy Barajı hövzəsi son 10 ilin ən aşağı su səviyyəsinə çatıb.
Şəhərdə yağıntı olmadığından şəhəri su ilə təmin edən bəndlərin quraq payızdan sonra doluluq dərəcələri günü-gündən azalır.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, yağışların qeyri-kafi olması səbəbindən bəndlərdəki su səviyyəsi orta hesabla yüzdə 31,51-ə enib.
Ayşən