Fələstin BMT-yə çağırış etdi: İsrailə sanksiyalar tətbiq edin

DÜNYA
12:50 14.08.2024
111
Fələstinin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrail ordusunun Qəzza şəhərində köçkünlərin sığındığı, ən az 100 fələstinlinin həyatını itirdiyi məktəbə hücumunun ardından Əlcəzairin tələbi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasındakı çıxışında İsrailin can almağa davam etdiyini vurğulayıb.

"Açıq deyək. İsrail qərarları rədd edir, arqumentlərinizi belə dinləmir" - deyə nümayəndə qeyd edib.

Mənsur iclasda danışarkən telefonuna baxan İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdana işarə edərək "Siz danışarkən İsrail nümayəndəsi telefonu ilə oynamağa üstünlük verir”, deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR