Fələstin də Azərbaycanı məğlub etdi

Fələstin də Azərbaycanı məğlub etdi
İDMAN
02:12 01.03.2012
2091
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan milli komandamız bu gün sonuncu sınaq matçına çıxıb. Yığmamızın bu dəfəki rəqibi Fələstin olub.Dubaydakı “The Sevens” stadionunda baş tutan oyunda hesab 39-cu dəqiqədə açlıb. Mərkəz müdafiəçilərimizin süni oyundankənar vəziyyət yaratmaq cəhdi qolla nəticələnib. Rəqib müdafiəsindən gələn topu ələ keçirən Əşrəf Narman Kamran Ağayevlə üz-üzə qaldı və hesabı açıb. Bu epizodda hakimə etiraz edən Rəşad Sadıqov əvvəlcə sarı, sonra qırmızı vərəqə alıb. 79-cu dəqiqədə isə Bədəvi Hüseynovun kobud səhvindən yararlanan Fələstin ikinci topu qapımızdan keçirib və oyun asiyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, Fələstin yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 162-ci pilləni tutur. 109-cu yerdə qərarlaşmış millimiz bu günki rəqibini 53 pillə qabaqlayır.Millimiz bundən əvvəl Dubayda Sinqapurla heç-heçə (2:2) edib, Hindistana qalib gəlib (3:0).DubayYoldaşlıq oyunu29 fevralAzərbaycan – Fələstin 0:2Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov (22. Əfran İsmayılov, 46), 6. Rəşad Sadiqov, 9. Bədavi Hüseynov, 10. Branimir Subaşiç (7. Cihan Özkara, 46), 11. Rauf Əliyev, 13. Hacı Əhmədov (8. Aleksandr Çertoqanov, 46), 14. Rəşad Sadıqov (k), 16. Arif Daşdəmirov, 17. Vüqar Nadirov (24. Nizami Hacıyev, 59), 20. Ufuk Budaq.Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 15. Ruslan Abışov, 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin, 23. Andrey Popoviç, 25. Murad Ağayev, 26. Vüqar Əsgərov.Fələstin: 21. Ali Tamfiq, 23. Omar Caron, 8. Ahmed Mahayana, 2. Raed Faris, 15. Musa Abu Cazar, 3. Hus Abu Saleh, 14. Mohammed Samaya, 20. Mali Kavare, 11. Hader Abu Hamel, 9. Əşrəf Narman, 10. Fahid Attai.Ehtiyat oyunçular: 30. Mohammed Şubir, 17. Husam Vadi, 5. Xaled Mahdi, 4. Nadim Barahti, 12. Caled Salim, 19. Abdulhamid Abuhabib, 13. Ahmed Mahev, 7. Aha Atia, 18. Mohammed Camal, 1. Ramzi Saleh.Qollar: Əşrəf Narman Kamran, 39. Abdulhamid Abuhabib, 79.Qırmızı vərəqə: Rəşad Sadıqov, 43.Hakimlər: Əli Həmad, Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, Yaqup Qasem (Birləşmiş Ərəb Əmirlikləri).Dubay. “The Sevens” stadionu. Saat 17.30 (Bakı vaxtı).
OXŞAR XƏBƏRLƏR