Fələstin prezidenti: “Biz təslim olmayacağıq”

Fələstin prezidenti: “Biz təslim olmayacağıq”
DÜNYA
11:58 23.01.2024
152
Fələstin Prezidenti Mahmud Abbas İsrailin Qəzzaya nəzarəti bərqərar etmək niyyətinə reaksiya verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Dövlətinin başçısı Mahmud Abbas Qəzzanın Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. 

Fələstin lideri "Qəzza zolağından heç vaxt imtina etməyəcəyik”, deyib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadan bir daha hücumların qarşısını almaq üçün bu bölgəyə nəzarət edəcəklərini bildirmişdi. 

Bu vəziyyətə reaksiya verən Mahmud Abbas İsrailin işğalı və hücumu altında olan Qəzza zolağının Fələstin dövlətinin bir parçası olduğunu və xalqının vazkeçilməz prioriteti olduğunu bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR