Fələstin rəsmisinin açıqlaması: Bütün idxal malları İsrail limanlarından keçir

Fələstin rəsmisinin açıqlaması: Bütün idxal malları İsrail limanlarından keçir
DÜNYA
11:37 08.04.2024
137
Gübrə və pestisidlər üçün Türkiyə məhsullarına çox güvənən Fələstin rəsmiləri idxal olunan məhsulların ölkəyə gəlməsi prosesini izah ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aylardır davam edən müharibə səbəbindən İsrail ilə Türkiyə arasında ticarətlə bağlı əsassız iddialar irəli sürülüb.

İddialardan sonra ticarətin arxasında duran faktlar üzə çıxıb.

Məsələ gündəmdə qalarkən Fələstin Sənaye Federasiyasının İdarə Heyətinin üzvü Məhəmməd Abidinin açıqlamaları bu vəziyyətə bir daha aydınlıq gətirib.

Abidin Türkiyənin Fələstinə məhsul idxalında Çin və İsraildən sonra 3-cü yerdə olduğunu bildirib.

Ölkəsinin İsrail vasitəsilə dünya ölkələrindən idxal etdiyi əsas məhsullar qida və geyim olduğunu söyləyən Abidin deyib:

"İşğaldan əlavə, Fələstin rəhbərliyinin liman və hava limanlarına nəzarət etməməsi səbəbindən Fələstinə gətirilən bütün mallar İsrail limanlarından keçir. Bu limanlar Fələstin administrasiyası adından gətirilən malların müəyyən faizi üçün də gömrük rüsumu alır”.

1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında imzalanan Paris İqtisadi Protokoluna uyğun olaraq, İsrail rəhbərliyi fələstinlilər adına öz nəzarətində olan sərhəd qapılarından toplanan vergiləri Fələstin xəzinəsinə köçürməlidir.

Ayşən
OXŞAR XƏBƏRLƏR