"New York Times” jurnalının köşə yazarı Jasmin Hyus Fələstinə dəstəyini ifadə edən bəyanatı imzaladıqdan sonra istefa verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, qəzetin sayında jurnalist Jasmin Hyus Fələstinliləri dəstəkləyən və İsrailin Qəzzanı mühasirəyə almasına etiraz edən bəyanatı imzalayaraq redaksiya siyasətini pozduqdan sonra istefa verdiyi bildirilib.
Jurnalın redaktoru Ceyk Silversteyn jurnalistin bu hərəkətinə reaksiya verib:
"Biz onunla bu barədə danışdıq. Razılaşdıq ki, o istefa versin".
Hyus məsələyə münasibət bildirməkdən imtina edib.
Mikayıl