Fələstinin Çexiyadakı səfiri evində baş verən partlayış nəticəsində ölüb

DÜNYA
14:34 02.01.2014
948
Fələstinin Çex Respublikasındakı səfiri Camal Məhəmməd Camal evində baş verən partlayış nəticəsində ölümcül xəsarətlər alıb.

Praqadakı hərbi hospitala yerləşdirilən diplomatın həyatını xilas etmək mümkün olmayıb.

Olay yerinə baş çəkən Çex Polisinin prezidenti Martin Çerviçek hadisənin terror aktı ola biləcəyini istisna edib. Bununla belə, yerli mətbuat partlayışın səfirin seyfində olan patronun partlaması nəticəsində meydana gələ biləcəyini də yazır.

Qeyd edək ki, Camal Məhəmməd Camal 2013-cü ilin oktyabr ayında etimadnaməsini Çexiya prezidenti Miloş Zemana təqdim etdikdən sonra səfir kimi fəaliyyətə başlamışdı.(apa)

OXŞAR XƏBƏRLƏR