AZXEBER.COM-un xəbərinə görə, tədbirdə fəlsəfə elmlər doktoru Mail Yaqub, “Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri Narınc Rüstəmova, mərkəzin təlimlər üzrə meneceri, psixoloq Elnur Rüstəmov, “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvü Azər Abdullayev və Hikmət Hüseynov iştirak edib.
Tədbirdə ilk olaraq layihə üzrə koordinatorlar Qoşqar Hüseynov və Nuranə Kazımova layihənin gedişatı haqqında məlumat verib. Daha sonra Azər Abdullayev layihənin qısa müddət ərzində bu qədər uğur qazanması və “İRƏLİ”nin ən çox diqqət cəlb edən layihələrdən birinə çevrildiyini bildirib. Hikmət Hüseynov gələcəkdə layihənin davam etdirilməsi təklifini irəli sürüb.Mail Yaqub da öz növbəsində layihədən məmnun olduğunu qeyd edib.Elnur Rüstəmov və Narınc Rüstəmova çıxışlarında layihə iştirakçılarının aktivliyini vurğulayıb. Daha sonra psixoloji imtahandan uğurlu nəticə göstərən 7 nəfərə diplom, layihədə iştirak etdiyinə görə 25 nəfərə sertifikat təqdim edilib.