“Fənərbağça” bu klubumuzla qarşılaşmaq üçün Bakıya gələcək

İDMAN
16:52 31.05.2023
461
"Zirə”nin və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda "Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.

AZXEBER.COM qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Fənərbağça”nın ofisində keçirilən görüşdə, həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak ediblər.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə "Zirə” və "Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi üzrə danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
OXŞAR XƏBƏRLƏR