"Fənərbağça" ilə oyun üçün İstanbula gedən "Reyncers"in azarkeşi vəfat edib

"Fənərbağça" ilə oyun üçün İstanbula gedən "Reyncers"in azarkeşi vəfat edib
İDMAN
19:48 06.03.2025
154
Şotlandiyanın "Reyncers" futbol komandasının azarkeşi İstanbulda vəfat edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fanatın yol-nəqliyyat hadisəsi zamanı öldüyü bildirilib.

"Reyncers" bu faciəvi hadisə ilə bağlı həm Türkiyə, həm də Britaniya hakimiyyəti ilə daim əlaqədə olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, komanda bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
OXŞAR XƏBƏRLƏR