"Fənərbağça" İtaliya millisinin futbolçusunu alır

"Fənərbağça" İtaliya millisinin futbolçusunu alır
İDMAN
18:55 13.07.2022
301
Türkiyənin "Fənərbağça" klubu yeni transferini gerçəkləşdirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı tanınmış jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi İtaliya "Kalyari”sinin futbolçusu Juan Pedro ilə 3 illik müqavilə imzalayacaq. "Fənərbağça" 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Juan Pedro bu il İtaliya millisində debüt edib.
OXŞAR XƏBƏRLƏR