"Fənərbağça" Maneni transfer etməyə yaxındır

İDMAN
12:26 12.06.2024
147
"Fənərbağça" klubu seneqallı futbolçu Sadio Maneni heyətinə qatmaq istəyir. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı futbolçunun meneceri və çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə danışıqlara başlayıb.

Danışıqları Kadıköy təmsilçisinin idman direktoru Mario Branko aparır.
 
O, transfer prosesi ilə bağlı ümidvar olduğunu qeyd edib. 

Xatırladaq ki, Mane bu mövsüm "Əl-Nəsr"də 46 oyuna çıxıb, 19 qol, 11 asist ilə yadda qalıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR