Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib. AZXEBER.COM xəbər verir ki, turun mərkəzi matçında "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.