"Fənərbağça" uruqvaylı hücumçunu birdəfəlik transfer edib

"Fənərbağça" uruqvaylı hücumçunu birdəfəlik transfer edib
İDMAN
21:42 15.04.2022
433

Türkiyə "Fənərbağça"sı cari mövsümün əvvəlində icarəyə götürdüyü uruqvaylı futbolçu Dieqo Rossini birdəfəlik transfer edib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün ABŞ-ın "Los-Anceles Qelaksi" komandasına 5,5 milyon avro təzminat ödəyib.

24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dieqo Rossi bu mövsüm "Fənərbağça"nın heyətində 25 oyuna 4 qol vurub.

OXŞAR XƏBƏRLƏR