"Fənərbağça" "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud üçün hərəkətə keçir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kanarya" futbolçunun icarəsi və ya birbaşa transferi üçün iki təklif hazırlayır.
Son mövsümü "Xetafe"də icarə əsasında keçirən ingilis futbolçu 10 qol, 6 məhsuldar ötürməyə imza atıb.
Hazırda, 22 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 25 milyon avroya bərabərdir.
Xatırladaq ki, bir zamanlar "Qırmızı şeytanlar"ın heyətində karyerasının parlaq dönəmini keçirən futbolçunun dəyəri 50 milyon avroya qədər çatmışdı.
Məryəm