"Fənərbağça"nın futbolçusu 3 ay yaşıl meydanlardan kənar qala bilər

"Fənərbağça"nın futbolçusu 3 ay yaşıl meydanlardan kənar qala bilər
İDMAN
07:00 22.10.2026
116
Türkiyə təmsilçisi "Fənərbağça"nın futbolçusu Marko Asensio 3 ay yaşıl meydanlardan kənar qala bilər.

Bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Sol dizindəki zədə səbəbindən əməliyyat keçirən futbolçunun müalicə və reabilitasiya prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Komandanın digər futbolçusu Natan Akenin isə təxminən 3 həftə yaşıl meydanlardan kənar qalmaq ehtimalı var.

Qeyd edək ki, "Fənərbağça" ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Çexiyanın "Slaviya" klubu heç-heçə (2:2) edib.
 
///report///
OXŞAR XƏBƏRLƏR