'Fənərbağça'ya çempionluq yarışında ciddi zərbə - VİDEO
İDMAN
08:59 04.03.2013
1248
Türkiyə Super Liqasının 24-cü turunda “Beşiktaş” öz meydanında əzəli rəqiblərindən biri olan “Fənərbağça”nı qəbul edib. Meydan sahibləri son dəqiqədə vurduqları qolla “Fənərbağça”nı 3:2 hesabı ilə məğlub ediblər.Qarşılaşmada hesabı “Fənərbağça” açıb. Bundan bir neçə dəqiqə sonra hesab bərabərləşib. “Beşiktaş”ın hücumçusu Niang keçmiş komandasının qapısından daha bir qol keçirib və meydan sahibləri hesabda irəli çııblar. Lakin “Fənərbağ”ça bərabərlik qolunu vurub. Lakin bu qol qonaqları məğlubiyyətdən xilas etməyib. Sonuncu dəqiqədə Olcay Şahan “Beşiktaş”ın qələbə qolunu vurub.