Fenerbahce öz meydanında darmadağın oldu: 0:3

İDMAN
02:50 22.05.2015
1416
Türkiyə Kubokunun növbəti yarım final oyunu keçirilib.

AZXEBER.COM-un məlumatına görə, İstanbulda “Bursaspor” “Fənərbaxça”nın qonağı olub.

Matç 3:0 hesabı ilə “Bursaspor”un xeyrinə başa çatıb. Qolların müəllifləri isə Volkan Şən, Fernandao və Şamil olublar.

Qeyd edək ki, yarım finalın ilk oyununda Bursada keçirilmiş qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan “Fənərbaxça” cütlüyün favoriti hesab olunurdu. İndi isə "Fənərbaxça" turnirdə mübarizəni dayandırdı.

OXŞAR XƏBƏRLƏR