“Fənərbaxça” Avrokuboklardan uzaqlaşdırıldı

İDMAN
15:32 28.08.2013
1402

“Fənərbaxça” Avropa miqyaslı yarışlardan kənarlaşdırılıb. 

Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İstanbul təmsilçisinin 2 illik avrokuboklardan uzaqlaşdırılması ilə bağlı qərarını təsdiqləyib. Bundan əvvəl məhkəmə qitə futbol qurumunun verdiyi bu qərarı dondurmuşdu. Bu səbəbdən “Fənərbaxça” Çempionlar Liqasının pley-off mərhələsində mübarizə apara bilmişdi. Ancaq həm “Metallist”, həm də “Fənərbaxça”nın işinə qısa müddət ərzində baxılıb və hər 2 kluba dair çıxarılan qərar qüvvədə qalıb. İndi isə əsas məsələ “Fənərbaxça”nın cəzasının nə vaxtdan etibarən qüvvəyə minməsidi. CAS bununla bağlı hələ açıqlama verməyib. Ancaq UEFA-nın verdiyi açıqlamada bu barədə belə deyilir: “Təcili Durum Komitəsi cümə axşamı günortadan sonra bir araya gəlib “Fənərbaxça” haqqında qərarını verəcək”. Bununla belə, İstanbul klubunun bu mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqdi. Hətta Avropa mətbuatının iddiasına görə, “Fənərbaxça”nın adı artıq Avroliqanın qrup püşkatmasından çıxarılıb. Qeyd edək ki, CAS danışılmış oyunlarda iştirakçısı olduğu iddia edilən “Beşiktaş”la bağlı qərarını isə 2 gün sonra açıqlayacaq.//apasport

OXŞAR XƏBƏRLƏR