''Fənərbaxça'' Avroliqada üçüncü matçına çıxır

İDMAN
09:16 25.10.2012
1092

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, ÇL-dən fərqli olaraq Avroliqada bütün görüşlər eyni gündə baş tutacaq.

Bu axşam "Neftçi"nin qrupu ilə yanaşı, digər 11 qrupda da III turun oyunlar keçiriləcək. Ümumilikdə 24 qarşılaşma baş tutacaq ki, bunlar arasında bir sıra maraqlı görüşlər olacaq.

Türkiyənin "Fənərbaxça" klubu bu dəfə Kiprə səfər edəcək. İstanbul təmsilçisi burada AEL (Limasol) klubu ilə qarşılaşacaq. "Fənərbaxça" klubu bu görüşdə qələbə qazanacağı təqdirdə qrupdan çıxmaq şansını artıracaq.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində növbəti görüşlər noyabrın 8-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR