'Fənərbaxça' Avropa Liqasından kənarlaşdırıla bilər

İDMAN
09:05 28.02.2013
1180
UEFA-nın nəzarət-intizam instansiyası Türkiyənin “Fənərbağça” və İtaliyanın “Latsio” klublarını azarkeşləri Avropa Liqasının 1/16 final mərhələsindəki davranışına görə cəzalandırıb.AZXEBER.COM-un məlumatına görə, “Fənərbağça” bir ev oyununu azarkeşsiz keçirəcək, eləcə də, fanatlar tərəfindən pirotexnikadan istifadəyə görə 60 min avro cərimə ödəyəcək. Bundan başqa, iki il ərzində oxşar insident təkrarlanarsa, komanda Avropa kuboklarında iştirakdan məhrum edilə bilər.Xatırladaq ki, “Fənərbağça”nın BATE ilə oyunu azarkeşsiz keçirilsə də, azarkeşlər stadiondan kənarda da sakit dayanmayıblar. və oyunda məcburi fasilə yaranıb.“Latsio” isə fanatlar tərəfindən pirotexnikadan istifadəyə və irqçi davranışlara görə iki oyunu boş tribunalarla keçirəcək, eləcə də 40 min avro cərimə ödəyəcək.Beləliklə, Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbaxça” - “Viktoriya” (Çexiya) və “Latsio” - “Ştutqart” (Almaniya) qarşılaşmaları azarkeşsiz keçiriləcək. Hər iki oyun martın 14-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR