“Fənərbaxça” avtobusuna hücum edənlərin adları bilindi - FOTOLAR

İDMAN
13:47 07.04.2015
1338
"Fənərbaxça" avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfərin adı açıqlanıb.Şübhəlilərin Nihat S. (38) və Emre A. (27) adlı şəxslər olduğu bildirilir.Sözügedən şəxslərdən biri "Fənərbaxça" avtobusunu izləyib. Digər şəxs isə silahlı hücum baş verən zaman hadisəni cib telefonunun yaddaşına köçürüb. Şübhəli şəxslər hazırda polis tərəfindən dindirilir.Son məlumatlara görə, saxlanılan şəxslər hadisəni etiraf etmirlər. Şübhəlilər silahlı hücumla əlaqələrinin olmadığını iddia edirlər.Xatırladaq ki, aprelin 4-də axşam saatlarında “Çaykur Rizəspor”la oyundan qayıdan “Fənərbaxça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Hadisədən sonra "Fənərbaxça" avtobusunu idarə edən sürücü yaralanıb.//anspress
OXŞAR XƏBƏRLƏR