"Fənərbaxça" azarkeşləri Putinə dəstək şüarı səsləndirdi, tənqid olundu

"Fənərbaxça" azarkeşləri Putinə dəstək şüarı səsləndirdi, tənqid olundu
İDMAN
00:44 28.07.2022
618
"Fənərbağça" - "Dinamo Kiyev" oyununda azarkeşlər diqqət mərkəzinə düşüb. 

AZXEBER.COM xəbər verir ki, türkiyəli azarkeşlər rəqibin qolundan şoka düşərək qəzəbləniblər.

Ukraynalı futbolçunun qol vurmasından sonra onun tribunalar önündə qapı arxasında sevinməsinə "Fənərbağça" azarkeşləri sərt reaksiya verib.

Belə ki, "Fənərbaxça"lı azarkeşlər rəqib komandanın oyunçusunun bu hərəkətindən sonra Rusiya prezidenti Vladimir Putinin adını qışqırıblar.

Rusiyanın işğalı altında olan Ukraynanın iki böyük komandasından biri olan Kiyev "Dinamo”suna reaksiya vermək istəyən "Fənərbaxça” azarkeşlərinin "Vladimir Putin” şüarları sosial mediada böyük əks-səda doğurub.
OXŞAR XƏBƏRLƏR