Bu gün Avropa Liqasının qrup mərhələsindəikinci turun oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, ÇL-dən fərqli olaraq Avroliqada bütün görüşlər eyni gündə baş tutacaq.
Bu axşam "Neftçi"nin qrupu ilə yanaşı, digər 11 qrupda da ikinci oyunlar keçiriləcək. Ümumilikdə 24 qarşılaşma baş tutacaq ki, bunlar arasında bir sıra maraqlı görüşlər var idi.
Azərbaycan futbolsevərlərinin diqqəti bu dəfə Almaniyaya yönələcək. Burada yerli "Borusiya" (Münhenqladbax) klubu Türkiyənin "Fənərbaxça" komandasını qəbul edəcək. İlk görüşündə "Marsel"lə 2:2 bərabərə qalan İstanbul təmsilçisinin bu oyundan hansı nəticə ilə ayrılacağı böyük maraq doğurur.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsindənövbəti görüşlər oktyabrın 25-də keçiriləcək.