"Fənərbaxça" davam, yoxsa tamam?

İDMAN
07:56 29.08.2012
1402

Bu axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutacaq.

Fransan "Lill" klubu doğma azarkeşləri önündə Danimarkanın "Kopenhagen" komandasını sınağa çəkəcək. Fransa təmsilçisi səfərdə rəqibinə 0:1 hesabı ilə uduzduğundan cavab matçında mütləq qələbə qazanmalıdır.

Ukraynanın "Dinamo" (Kiyev) klubu doğma meydanda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşacaq. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Kiyev təmsilçisi bu görüşə rahat çıxacaq.

Azərbaycanlı futbolsevərlərin bütün diqqəti İstanbula yönələcək. Burada yerli "Fənərbaxça" klubu Rusiyanın "Spartak" (Moskva) komandasını qəbul edəcək. İlk görüşdə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

OXŞAR XƏBƏRLƏR