"Fənərbaxça" Emre Morla vidalaşacaq

İDMAN
16:35 18.07.2024
209
Türkiyənin "Fənərbaxça” klubu transfer səylərini davam edərkən, ayrılıqlar da yaşanır. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub Emre Mor ilə yollarını ayırıb. 

Belə ki, Emre Morun təmsilçisi klub ilə görüşmək üçün İstanbula gəlib.

Xatırladaq ki, 26 yaşlı futbolçu ötən mövsüm "Fənərbaxça"nın heyətində 7 rəsmi matçda 2 məhsuldar ötürmə ilə çıxış edib. 

O, "Karagümrük" forması ilə 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR