"Fənərbaxça" Ferdi Kadıoğlunun yerinə onu gətirir

İDMAN
14:18 29.08.2024
168
"Fənərbaxça" rəhbərliyi Ferdi Kadıoğlunun klubdan ayrılmasından sonra sol cinah müdafiəçisi axtarışlarını sürətləndirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça” Belçikanın "Gent" klubunun oyunçusu Arçi Braunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Fənərbaxça" oyunçunun transferi üçün "Gent"ə 8 milyon avro transfer haqqı və 2 milyon avro bonus təklif edib, lakin Belçika klubu bu təklifi qəbul etməyib. 

Onu da bildirək ki, hazırkı bazar dəyəri 5 milyon avro olan müdafiəçinin "Gent" klubu ilə müqaviləsi 2027-ci ildə bitəcək.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR