Mövsüm başlayandan iki futbolçu transfer edən "Fənərbaxça" daha bir futbolçunu heyətinə qatmaq istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Fransanın "Renn" klubunda çıxış edən türkiyəli futbolçu Bertuğ Yıldırımdan gedir.
Türkiyə nəhəngi transfer üçün həm futbolçuyla, həm də "Renn"lə əlaqə saxlayıb.
Qeyd edək ki, 21 yaşlı hücumçu ötən mövsüm ümumilikdə 31 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Məryəm