"Fənərbaxça" fransalı futbolçu ilə razılığa gəldi: İstanbula gəlir

İDMAN
16:48 16.07.2024
147
Türkiyənin "Fənərbaxça" klubu Allan Sent-Maksiminin transferini yekunlaşdırmaq üzrədir.

AzxeberSport xəbər verir ki, klubla razılaşan futbolçu artıq Türkiyəyə gəlir.

Sent-Maksiminin bu gün İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Əl-Əhli" forması ilə 31 oyuna çıxan futbolçu 4 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR