“Fənərbaxça” futbolçularına səhvən qızıl medal verildi

İDMAN
12:41 12.08.2013
1440

Dünən Türkiyə Super Kuboku uğrunda keçirilən oyunda “Qalatasaray” “Fənərbaxça”nı 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olub. 

Görüşün sonunda medalların təqdimetmə mərasimində maraqlı hadisə baş verib. Belə ki, Türkiyə Futbol Federasiyası nümayəndələri qaliblərin  qızıl medallarını səhvən “Fənərbaxça”lı futbolçuların boynuna taxıblar. 

Belə olduğu halda II ci yerə məxsus medallar da “Qalatasaray”lı futbolçulara qismət olub. Lakin  sonradan bu qarışıqlığın fərqinə varan məsul şəxslər səhvlərini düzəldərək bütün medalları yığıblar.//qafqazinfo

 

OXŞAR XƏBƏRLƏR