''Fənərbaxça'' futbolçularını cəzalandırdı

İDMAN
14:37 01.10.2012
1101

"Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman komandanın kapitanı Aleks de Souza əsas heyətdən kənarlaşdırıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu məşqlərini əvəzedici komandada davam etdirəcək.

Bununla da, Aleksin Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Borussiya" (Münhenqladbax, Almaniya) klubu ilə keçiriləcəkgörüşdə iştirak etməyəcəyi dəqiqləşib. Alekslə yanaşı, Miroslav Stok və Kristian Baroniyə pul cəzası verilib.

Qeyd edək ki, "Borussiya" - "Fənərbaxça" matçı oktyabrın 4-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR