"Fənərbaxça" Kovaçiçi heyətinə qatmaq istəyir

İDMAN
13:36 18.07.2024
152
Türkiyənin "Fənərbaxça" klubu İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiçi heyətinə qatmaq istəyir. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" futbolçunun transferi üçün rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, Xorvatiya Milli Komandası ilə 104 oyuna çıxan Kovaçiç ölkəsinin heyətində 5 qol vurub. 

Həmçinin AVRO-2024-də də iştirak edən oyunçu 3 matçda meydana çıxıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR