Türkiyənin “Fənərbaxça” klubu futbol üzrə Avropa Liqasında Fransa “Marsel”i ilə keçirəcəyi qrup mərhələsinin ilk tur matçına ciddi itkilərlə çıxacaq.Qol.Az-ınTürkiyə mətbuatına istinadən verdiyiməlumata görə, yarımmüdafiəçi Mehmet Topal və hücumçu Dirk Kuyt zədə üzündən sentyabrın 20-də keçiriləcək oyunu buraxacaq.
Topalın sol diz toxumalarının zədələndiyi və qanadığı aşkarlanıb. Kuytun isə sağ ayağının arxa əzələsinin qırıldığı müəyyənləşib. Daha 3 zədəli - Sərdar Kəsimal, Egemen Korkmaz və Miloş Krasiçin müalicələri isə davam edir.
Qeyd edək ki, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək “Fənərbaxça” – “Marsel” matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Oyunu xorvatiyalı baş hakim İvan Bebek idarə edəcək.